Guias

Dünyanın bir çox ölkələrində qadağan olunan “1XBET” şirkəti Azərbaycanda necə fəaliyyət göstərir?








Mərc oyunları ilə məşğul olan şirkət vətəndaşlarımızı aldadır…

Qısa giriş üçün qeyd edək ki, bu gün dünyada bukmeyker şirkətləri kimi tanınan yüzlərlə, bəlkə də minlərlə qurumlar var.
Bunların fəaliyyəti nədir və nə ilə məşğuldurlar ?
Lap loru dildə qeyd edək ki, dini kitabların çoxunda qadağan olunan qumar oyunları indi, yəni müasir dövrümüzdə idman mərc oyunları, azart oyunlar, kazino, bukmeyker oyunları kimi tanınır.
Yəni mahiyyət və məzmun dəyişməyib, sadəcə, AD dəyişib.
Və xoşumuza gəlsə də, gəlməsə də bu dünyada reallığa çevrilib. Nəinki reallığa çevrilib, hətta müasir texnologiyalardan, kompüterlərdən, mobil telefonlardan istifadə edərək, dünyanın istənilən yerində qumar-mərc oyunları təşkil edib milyonlar qazanırlar.
İndi isə keçək konkret mövzumuza.
Belə bukmeyker şirkətlərindən biri də 1X BET şirkətidir.
Və bu şirkət xeyli vaxtdır ki, Azərbaycana da ayaq açıb.
Şirkətin öz saytı var və orada qeyd olunur ki, həvəskarlar sayta daxil olub, hər hansı idman yarışına “stavka” edə, pul yatıra, uduşunu götürə bilər.
Sözün qısası, şirkət saytda özünü əməlli-başlı reklam edir və özünü guya Şərqi Avropa ölkələrində və Avropa bazarında qətiyyətlə lider hesab edir.
1xBet oyunçularının sayı daim artır, şirkətin özü isə dünya bukmekerlərinin reytinqində mövqeyini daim gücləndirir.
Şirkətin saytında qeyd olunur ki, guya yüksək əmsallara, ödənişə tam təminat verirlər.
Şirkətə təkcə kompüterlər vasitəsilə deyil, həm də mobil versiya ilə daxil olmaq olar.
Oyuna istənilən milli valyuta ilə daxil olmaq olar. Və udulmuş pulun çıxarılması 15 dəqiqə çəkir.
Bəs görək, əslində vəziyyət necədir ?
İstifadəçi yazır ki, 3 GÜNDÜR UDUŞU ÇIXARA BİLMİRƏM…
Görəsən, şirkətin rəhbərliyinin dediyi 15 dəqiqə harada qaldı ?
Nə üçün istifadəçi öz pulunu 3 gün müddətində çıxara bilməsin ?
Bunun harası oldu Avropa lideri olan şirkət ?
Bütün bunlar azmış kimi digər istifadəçi yazır ki, 2 gündür şirkətin OPERATORU CAVAB VERMİR…
Cavab verəndə də adamı elə bil qoyun yerinə qoyur…
Başqa birisi soruşur ki, saytın dispeçeri hesabı artıranda nə üçün hər dəfə 1 dollar silir ? Sözümüzü deməyə şirkətdə adam tapmırıq, bu “aferist” şirkətə oxşayır, heç kimə məsləhət görmürəm istifadə etsin…
Bəli, şirkət barədə belə mənfi rəylər kifayət qədərdir.
Bütün bunlar azmış kimi, qısa bir araşdırma zamanı gördük ki, bu şirkət, ümumiyyətlə, Rusiyada qadağan olunub və Rusiya İstintaq Komitəsi şirkətə qarşı cinayət işi açıb.
Sonra araşdırma zamanı bəlli oldu ki, digər ölkələr də bu şirkətin fəaliyyətini qadağan edib.
Daha sonra bəlli oldu ki, AFFA, yəni ölkəmizin futbol federasiyası bu şirkətin qanunsuz və lisenziyasız fəaliyyətinə görə dövlət qurumlarına müraciət edib.
Onu da bildirək ki, 1XBET şirkəti ölkəmizdə qeyri-qanuni yolla internet üzərindən fəaliyyət göstərir. Bu isə o deməkdir ki, 1XBET bukmeyker kontoru vasitəsi ilə mərc edənlərin uduşunun yüz faizli təminatı yoxdur. Belə olan halda, itirən və aldadılan tərəf yalnız müştəridir. İş burasındadır ki, bu mərc şirkətinin Azərbaycanda heç ofisi də yoxdur!
Təsəvvür edirsiniz, şikayətçilər müraciət etməyə ofis tapmırlar.
Şirkət barəsində yazılanlardan bəlli olur ki, ermənilərdən qaynaqlanan bu şirkət vətəndaşlarımızın cibi üçün ciddi təhlükə yaradır.
Onu da qeyd edək ki, qonşu Gürcüstan dövləti də bu şirkətin fəaliyyətinə qadağa qoyub.
Qoy vətəndaşlarımız özləri üçün nəticə çıxartsınlar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. ➤ Rəsmi sayt:
➤Facebook:
➤Instagram:
➤WhatsApp:

– Azərbaycanda və dünyada baş verən hadisələrin peşəkarcasına dəqiq təhlilini Gündəlik Bakı TV-dən izləyin!
Kanala abunə olub, BİLDİRİŞLƏRİ AÇMAĞI UNUTMAYIN!
Abunə ol:

#GundelikBakiTV #Trend #News

Vídeo Completo






10 Comentários

  1. Məmə yeyənindən pəpə yeyəninə kimi hər kəs bilir ki adı keçən sayt dünyanın ən mötəbər saytıdır. Onların qanunlarına zidd olmayan bütün uduşları köçürürlər. Son günlərdə yaşanan sıxıntı da müharibə səbəbindəndir. Mən əvvəllər oynamışam. Qadağadan sonra da başını buraxmışam. Bu cür yalan məlumatlar paylaşacağınıza insanları qumardan uzaqlaşdıran, bu saytın azərbaycanda qadağan olması barədə məlumatlar paylaşın.

  2. Bu Absult Yalandir! Cox yuksek meblegleri yalan diyerem ama 4000 manat uduwum oldu beli hec 15 deqiqe cekmedi pul yatdi balansima. Super saytdi. Bizde qadagan olunub ama super saytdi

  3. Yalan oyundu men kecen hefde 100 manat qoydum 12 min pul goturdum amma ceke bilmedim bankamat kartimi bloklayib bu oyuna azerbaycanda cermesi var deyir cermesi varsa menim yuz manatimi nece alillar cekende derler azerbaycanda qadagandi cermesi var

Comentários estão fechados.